|
|
|
|
Yapon metodu
Övladınızın qız və ya oğlan olmasını cədvəldən istifadə etməklə necə bilmək olar?Məsələn; 2006-cı ilin dekabr ayında hamilə qalan xanımın övladının cinsiyyətini müəyyən edək.Qadın iyun ayında,kişi isə sentyabr anadan olmuşdur.Bu halda 1-ci cədvəl üzrə qadının doğulduğu və kişinin doğulduğu ayların kəsişdiyi yerdə 6 rəqəmini tapırıq ki,bu da ikinci cədvəlin sətrindəki nömrəyə uyğun gəlir.Sonra 2-ci cədvəldə 6-cı sətri tapıriq və dölləmə ayının şaquli istiqaməti ilə əyrinin vəziyyətinə baxırıq.Əgər əyri qrafiki yuxarı hissəsindədirsə,oğlan ,aşağı hissəsindədirsə qız doğulacaqdır.
Nələr hamiləliyə ziyandır?
Bir çox qadınların hamiləliyə hazır olmaması,erkən nigahlarda təcrübəsizlik, yolxucu xəstəliklər,gözlənilməyən hamiləlik zamanı analar bilmədən gələcək övladlarında bir çox qüsurlara və xəstəliklərə səbəbkar ola bilərlər!
Siz hamiləsiniz?
Hamiləlik özü ilə həyatınıza fərqli hisslər bəxş edir. Əlbəttə ki, növbəti 9 ayın xoşbəxtlik gətirməsi mütləqdir. Bəs narahat fikir və hisslərdən azad ola bilmirsinizsə, nə etməli?
Dölün bətndaxili inkişafı
Dölün təməli yetişmiş kişi və qadın cinsi hüceyrələrinin birləşməsi-mayalanması ilə qoyulur, daha sonra bu hüceyrələrin bölünərək sürətlə artması baş verir. Mayalanmış hüceyrə - rüşeym uşağlığın divarına bitişərək inkişaf etməyə başlayır, daha sonra cift formalaşaraq dölün qidalanmasını təmin etməklə yanaşı, onun üçün həm də qoruyucu pərdə rolunu oynayır. Qeyd etmək lazımdır ki, dölün normal inkişafı, bütün üzv və sistemlərin formalaşması üçün çoxlu maddələr lazımdır.
Hamilə qadının gündəlik rejimi və gigiyenası
Əgər hamiləlik normal keçirsə, qadın hamiləliyə qədərki adi həyat tərzini davam etdirə bilər. Hamilə qadın zehni və fiziki işi düzgün növbələmək şərtilə öz əmək fəaliyyətini davam etdirməlidir. Hamilə vaxtı ağır yük qaldırmaq, kəskin hərəkətlər etmək olmaz. Hamiləlik başlayan zamandan qadın gecə növbəsindən azad edilməlidir.
9 möhtəşəm ay...
Ana olmaq hər bir qadının ən müqəddəs arzusudur! Bu dəfə ana olmaq arzusu çin olduqda hamilə qadının orqanizmində baş verənlərdən danışacayıq. Əziz xanımlar! 7 saylı qadın məsləhətxanasının mama-ginekoloqu İradə Hacıyeva 9 möhtəşəm ayı əhatə edən hamiləlikdən danışır. |
BurlaXatun-dan analoqu olmayan layihə: On-line reality şou… “Ana olacam!” Daha ətraflı... ![]() Xəbəriniz olsun ki...
|