|
|
|
|
Bələmə!
Son illərin müzakirə mövzuları sırasına daha bir mübahisəli məqam əlavə olundu. Körpəni bələmək lazımdırmı? Əksər gənc analar bələkdən imtina etməyə tələssələrdə , hələ də bələmənin tərəfdarı kimi çıxış edənlər var. Körpəni həyatının ilk günlərində bələmək lazımdır. Balaca əl -qol atır, bələmə körpəni elə öz hərəkətlərindən qoruyur. Körpə gecələr diskinmir, əmizdirmə zamanı ananın işi asandlaşır. Bələk hələ çox zəif olan balacanı soyuqdan da qoruyur. Sonrakı həftələrdə çəkinmədən rahat bələməyə kecə bilərsiniz. Adətən əksər analar körpəni çarpayıda bələyirlər. Ana əyilib qalxdıqca əziyyət çəkir, çarpayının hündürlüyü uşağı rahat bələməyə imkan vermir. Odur ki, bu məqsədlə əvvəlcədən xüsusi masa hazırlanmalı, ən əsası isə gündə bir dəfədən az olmayaraq təmiz silinməlidir.
Anam arıqlayır…
Analıq sevincinə qovuşar-qovuşmaz gənc ana əvvəlki bədən ölçülərini qaytarmağın yollarını axtarır. İndi gözəl görünüş həm də, doğuş sonrası depressiya ilə də mübarizə vasitəsidir. Bəzən ana doğuşa qədər 20 kq yaxın çəki alır. “Hamilə qadın 2 nəfərin əvəzinə yeməlidir“ fikrini özünəməxsus tərzdə yozan ana çəki üzərinə çəki gətirir. Bəs normalda hamilə qadının çəki artımının dinamikası necə olmalıdır? Kubrelə görə(1987)bu aşağıdakı qaydada baş verməlidir:
Laylalar
Laylalar körpənin həyatında təsəvvür olunmayacaq qədər mühüm yer tutur. Bu zaman südəmər körpə üçün ananın gözəl səsə malik olub-olmaması önəm daşımır.Laylalar körpəni sakitləşdirir, həyəcan hissini aradan qaldırır.
2009-cu ilin ən yadda qalan anaları...
Ana olmaq əsl xoşbəxtlikdir. Yola saldığımız 2009-cu ildə bu ada qovuşan hansı analar tarixə düşdü?
Uşağı qucağa alışdıraqmı
Ailənin kiçik üzvü dünyaya gələr-gəlməz müxtəlif məsləhətlər obyektinə çevrilir. Bu məsləhətlərdən bəziləri qiymətli olduğu qədər digərləri də reallıqla heç bir əlaqəsi olmayan inaclardır.
Süni qidaların Azərbaycan reallığı...
Insan orqanizmi ev kimidir: təməl düzgün qurulmazsa, bina da möhkəm olmaz. İnsan orqanizminin özəyi isə körpə həyatının ilk 6 ilində qoyulur. Deməli bu yaşda balacanın qidasına xüsusi diqqət yetirilməlidir. Insanın boy atması prosesinin 70 faizi həyatın ilk 10 ilində baş verir. Sağlam böyümə, inkişaf isə qida ilə qəbul edilən həyati vacib elementlərdən asılıdır. Ən vacib elementlər, ən faydalı maddələr isə yalnız ana südündə ola bilər.
Güvəc dostum, düşmənim?
Bəzən gənc analar körpəni güvəcə öyrətməyin ,çətin məsələ olduğunu düşünürlər. Lakin uşaq böyüdükcə qarnını və sidik kisəsini idarə etməyi öyrənir. Beləliklə anaya yalnız övladını diqqətlə izləmək və onun artıq güvəcə hazır olub-olmadığını müəyyənləşdirmək qalır. Lakin unutmaq olmaz ki, körpənin güvəclə dostlaşmaması sizin öz valideyinlik vəzifənizin öhdəsindən pis gəldiyinizə dəlalət etmir.Güvəcə münasibət uşaqlarda biri-birindən fərqlənir. |
BurlaXatun-dan analoqu olmayan layihə: On-line reality şou… “Ana olacam!” Daha ətraflı... ![]() Xəbəriniz olsun ki...
|