|
|
|
|
"İLİN İŞGÜZAR XANIMI" - MÜSTƏQİL MİLLİ MÜKAFAT
Mart ayının 4-də “Karvan” Restoranında “İlin İşgüzar xanımı” Milli Mükafatının təqdimat mərasimi gerçəkləşdi. “İlin İşgüzar xanımı” Milli Mükafatı haqqında məlumat
Ötən 2009 - cu il ərzində uğur qazanmış azəri xanımlarına 2010 - cu ilin 8 mart - Beynəlxalq qadınlar günü münasibətilə ən unudulmaz hədiyyə nə ola bilər? Təbii ki, onların əməyinə verilən qiymət. Həyatımıza xüsusi rövnəq qatan, mülayim, zəhmətkeş və bacarıqlı xanımlarımız buna layiqdirlər. Siyasət, kommersiya, diplomatiya, şou-biznes, ədəbi yaradıcılıq, media və sair sahələrdə fəaliyyət göstərən qadınların uğurunu nümayiş etdirmək, nəzərə çatdırmaq məqsədilə artıq 3 - cü ildir ki, «İLİN İŞGÜZAR XANIMI» Milli Müstəqil Mükafatı təsis olunub. Təntənəli «Karvan» şadlıq sarayının zalı hər il mart ayının ilk həftəsində bir gecəlik sözün əsl mənasında zəriflərin öz zəifliyini deyil, məhz gücünü, əzəmətini, hünərini göstərdiyi səhnəyə çevrilir.
Qadın - böyük qüvvədir!
Cənnət anaların ayağı altındadır!
Qadın haqlı deyilsə, ondan mütləq üzr istəmək lazımdır!
Əslində bu fikirlərin ciddiliyindən ya zarafatyana deyimindən asılı olmayaraq, hər birində böyük həqiqət var. Bizim “İLİN İŞGÜZAR XANIMLARI”n hər biri mərhəmətli, ədalətli, səmimi və işgüzar xanım obrazlarının bariz təcəssümüdür.
Populyar aparıcılar Sədaqət Rəşidqızı və Zabir Əliyevin təqdimatında 4 mart 2010 - cu ildə «Karvan» restoranında «İLİN İŞGÜZAR XANIMI» mükafatının təntənəli təqdimat mərasimi gerçəkləşdi. Yüksək səviyyədə, aparıcı televiziya, radio, qəzet və xəbər agentliklərinın iştirakı ilə keçirilən mərasim xanımlarımızın yaddaşında ovqatlı musiqi, mənalı çıxışlar, şıq səhnə dekorasiyası və unudulmaz təntənə ilə yadda qaldı.
Tədbirin informasiya dəstəyi www.burlaxatun.az saytı idi.
Tədbirdə Respublikanın ictimai, siyasi, sosial və mədəni həyatında önəmli işlər görmüş xanımlar diqqət mərkəzində oldu.Bu xanımlar 8 Mart Beynəlxalq qadınlar günü öncəsi ilin ”işgüzar xanımı” mükafatına layiq görüldülər.
Hər bir qadın bir güldür və qadın ətirli tədbirdə şou-biznesimizin ən sevilən müğənniləri də öz hədiyyə tövhələrini verdilər.Ədalət Şükürov, Tünzalə Ağayeva, Rəhim Rəhimli, Leyla Ramazanova, Şeron qrupu da tədbirə rəngarənglik qadtılar.
Bildiyiniz kimi «İLİN İŞGÜZAR XANIMI» Milli Müstəqil Mükafatının informasiya dəstəyi www.burlaxatun.az saytı idi.
www.burlaxatun.az qadınların ictimai, siyasi, sosial həyatını əks etdirdiyinə görə “İlin ən yaxşı qadın saytı” adına layıq görüldü. «İLİN İŞGÜZAR XANIMI» Milli Müstəqil Mükafatı www.burlaxatun.az saytının təsisçisi Sevinc Məmmədliyə təqdim edildi.
«İLİN İŞGÜZAR XANIMI» Milli Müstəqil Mükafatına layiq görülən xanımlarımız:
Məmmədli Sevinc- qadınların ictimai, siyasi, sosial həyatını əks etdirən www.burlaxatun.az saytına görə. Novruzova İlhamə tofiq qızı- Jurnalistika sahəsində göstərdiyi peşəkar fəaliyyətinə görə.
Elmira Axundova -Ölkəmizin ictimai-siyasi həyatındakı fəallığına görə
Əsədova Qətibə Yəhyə qızı- Humanitar sahədə göstərdiyi qayğıkeş və fədəkar əməyə görə
Manafova Sevil Aydın qızı- Mətbəx mədəniyyətinə gətirdiyi xüsusi tövhəyə görə Gültəkin Hacıbəyli- Azərbaycanda beynəlxalq aləmdə müsbət imicinin möhkəmləndirilməsi sahəsində müstəsna xidmətıərinə görə Bayramova Xalidə- Ölkənin siyasi-ictimai həyatında oynadığı rola görə Hüsüynova Bəylər qızı- Ölkənin mətbuat həyatında oynadığı müsbət rola və jurnalistikanın inkişafında göstərdiyi xidmətlərə görə Ramazanlı Leyla -İlin ən populyar hitlərinin ifaçısı kimi Əliyeva Könül Allehverdi qızı- İlin ən füsünkar vezaj işinə görə Həsənova Səadət- Qadınların estetik gözəlliyinə xüsusi çalarlar qatdığına görə İbrahimova Nigar- Qadınlara füsünkar gözəllik bəxş etdiyinə görə Məmmədova Nailə Vəli qızı -İlin ən yadda qalan əyləncəli proqramlarının təşkilatçısı kimi Samirə Rüstəmova Seyfəli qızı- Şou-biznes aləmində operativ və ən dolğun məlumat çatdırdığına görə Ramazanlı Xavər Nürəddin qızı- İncəsənət sahəsində göstərdiyi xidmətlərə görə Xəlilova Gülnarə Vidadi- Moda biznesində milli ənənələri uğurla tətbiq etdiyinə görə Teymurova Samirə İlham qızı- Uğurlu biznes lahiyələri ardıcıl həyata keçirmək bacarığına görə Səfərova Sayalı Əbülfət qızı -İstənilən məhsulu brend səviyyəsinə çıxartmaq bacarığına görə Palaqaçvili Lali Mark- ilin ən möhtəşəm tədbir və şənliklərinin uğurlu dizayn və tərtibatına görə Şıxlinskaya İlahə - İlin ən sevimli radio aparıcısı kimi Hüseynova Şəhla- Radionun inkişafında göstərdiyi müstəsna xidmətlərinə görə Əkbərova Lamiyyə Ələkbər qızı- Uzun illər televiziya sahəsində göstərdiyi xidmətlərinə görə Ağayeva Tünzalə Qabil qızı- Azərbaycan mədəniyyətini xaricdə layiqincə təmsil etdiyinə görə Muxtarova Könül- Televiziya sahəsində göstərdiyi xidmətlərə görə Bektaşi Rövşanə Ağasəf -Televiziya sahəsində göstərdiyi xidmətlərinə görə Əlizadə Vüsalə Rafael qızı- Televiziya sahəsində göstərdiyi xidmətlərinə görə Tədbirdən çəkilən foto və video reportajlara tezliklə saytımızda baxa biləcəksiniz.
2010-09-06
Səkinəni qırmanclayacaqlar
2010-04-05
Türkiyə gözəlini seçdi
2010-03-31
Merilin Monronun yeni şəkilləri ortaya çıxdı
2010-03-27
Dünyann birinci xanımları
2010-03-24
“Miss Azərbaycan “ 2010 kim olacaq?
|
BurlaXatun-dan analoqu olmayan layihə: On-line reality şou… “Ana olacam!” Daha ətraflı... ![]() Xəbəriniz olsun ki...
|